• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb, altı nəfər saxlanılıb

Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb, altı nəfər saxlanılıb
14.11.2025 16:17

Daxili İşlər Nazirliyi (DİN) və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə keçirdiyi əməliyyat zamanı Bakının Nizami rayonunda fəaliyyət göstərən ət kəsimi məntəqəsində 2 tona yaxın qidaya yararsız ət məhsulu aşkarlanıb. Bu barədə DİN məlumat yayıb.

Araşdırma zamanı məlum olub ki, məntəqənin sahibi Elnur Ağayev və onunla birlikdə çalışan Habil Zülfüqarov, Rüfət Daşdəmirov, Telman Mirzəyev, Əmrah Babayev və Əhliman Məcidov xəstə və təsərrüfat üçün yararsız iribuynuzlu heyvanları ucuz qiymətə alaraq emal edib, keyfiyyətli ət adı altında satışa çıxarıblar.

Əraziyə baxış zamanı standartlara cavab verməyən təxminən 2 ton ət aşkarlanıb. Nümunələr laboratoriya analizinə göndərilib və ekspertiza nəticəsində məhsulların qida üçün yararsız olduğu təsdiqlənib.

Fakt üzrə araşdırmalar davam edir.

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda baş verən yanğında daha bir nəfər həyatını itirib
Cəmiyyət 23:52
Yevlaxda baş verən yanğında daha bir nəfər həyatını itirib
Ermənistanda azərbaycandilli kanal bağlanıb
Cəmiyyət 22:30
Ermənistanda azərbaycandilli kanal bağlanıb
Beyləqanda yol qəzası baş verib, ölən və yaralılar var
Cəmiyyət 20:29
Beyləqanda yol qəzası baş verib, ölən və yaralılar var
Bakıda bərpa zamanı memarlıq abidəsinə ziyan vurulub
Cəmiyyət 19:12
Bakıda bərpa zamanı memarlıq abidəsinə ziyan vurulub
Gəncədə avtomobil divara çırpılıb, 2 nəfər xəsarət alıb
Cəmiyyət 18:23
Gəncədə avtomobil divara çırpılıb, 2 nəfər xəsarət alıb
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:30
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib
Cəmiyyət 16:55
Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib
Leysan olacaq, qar yağacaq -XƏBƏRDARLIQ
Cəmiyyət 16:30
Leysan olacaq, qar yağacaq -XƏBƏRDARLIQ
Binəqədidə partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Cəmiyyət 14:20
Binəqədidə partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol