• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Bakı Metropoliteni məsləhət almaq üçün 600 min manata yaxın pul xərcləyəcək

Bakı Metropoliteni məsləhət almaq üçün 600 min manata yaxın pul xərcləyəcək
14.11.2025 21:41

Bakı Metropoliteni” QSC dünyanın aparıcı metro operatorlarından biri olan “Metro İstanbul” ilə yeni metro xətlərinin inkişafı üzrə məsləhət xidmətlərinin göstərilməsinə dair müqavilə imzalayıb. Bu barədə Bakı Metropoliteni” QSC məlumat yayıb.

 Müqavilənin dəyəri 586 500 AZN təşkil edir və 2025–2030-cu illəri əhatə edən Dövlət Proqramı çərçivəsində həyata keçiriləcək genişləndirmə layihələrini əhatə edir.

“Metro İstanbul” mühəndislik və texnoloji həllərin qiymətləndirilməsi, istismar modellərinin təhlili, ətraf mühit və sosial təsirlərin qiymətləndirilməsi, həmçinin beynəlxalq maliyyə institutları üçün nəzərdə tutulan maliyyə və kommersiya şərtlərinin təhlili üzrə xidmət göstərəcək.

Azərbaycan hökuməti metro infrastrukturunun genişləndirilməsi layihələrinin beynəlxalq standartlara uyğun hazırlanması üçün Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) və Asiya İnkişaf Bankı (ADB) ilə maliyyələşdirmə danışıqları aparır. Bu çərçivədə sənədlərin müstəqil və təcrübəli ekspertlər tərəfindən qiymətləndirilməsi tələb olunur.
Türkiyənin “Metro İstanbul” şirkəti hazırda 241 km uzunluğunda metro şəbəkəsində 18 xətt üzrə 236 stansiya idarə edir və regionun ən böyük metro operatorlarından biri hesab olunur.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Yevlaxda baş verən yanğında daha bir nəfər ölüb
Cəmiyyət 23:52
Yevlaxda baş verən yanğında daha bir nəfər ölüb
Ermənistanda azərbaycandilli kanal bağlanıb
Cəmiyyət 22:30
Ermənistanda azərbaycandilli kanal bağlanıb
Beyləqanda yol qəzası baş verib, ölən və yaralılar var
Cəmiyyət 20:29
Beyləqanda yol qəzası baş verib, ölən və yaralılar var
Bakıda bərpa zamanı memarlıq abidəsinə ziyan vurulub
Cəmiyyət 19:12
Bakıda bərpa zamanı memarlıq abidəsinə ziyan vurulub
Gəncədə avtomobil divara çırpılıb, 2 nəfər xəsarət alıb
Cəmiyyət 18:23
Gəncədə avtomobil divara çırpılıb, 2 nəfər xəsarət alıb
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:30
Yollarda görünüş məsafəsi məhdudlaşacaq
Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib
Cəmiyyət 16:55
Ötən gün Bakı və rayonlarda 64 odlu silah-sursat aşkar edilib
Leysan olacaq, qar yağacaq -XƏBƏRDARLIQ
Cəmiyyət 16:30
Leysan olacaq, qar yağacaq -XƏBƏRDARLIQ
Binəqədidə partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Cəmiyyət 14:20
Binəqədidə partlayışda xəsarət alanların vəziyyəti açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol