• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Sabahın hava proqnozu

Sabahın hava proqnozu
15.11.2025 12:59

Noyabrın 16-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə 10-14, gündüz 16-19 dərəcə isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 767 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 9-12, gündüz 16-19, dağlarda gecə 1-5, gündüz 5-9 dərəcə isti proqnozlaşdırılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu
Cəmiyyət 12:59
Sabahın hava proqnozu
Astara gömrüyündə Avropaya gedən 456 kq narkotik aşkarlanıb
Cəmiyyət 10:07
Astara gömrüyündə Avropaya gedən 456 kq narkotik aşkarlanıb
Zəngilan və Ağdam rayonlarına növbəti köç karvanları yola salınıb
Cəmiyyət 09:38
Zəngilan və Ağdam rayonlarına növbəti köç karvanları yola salınıb
Bakıda yaşayış binasında yanğın - Video
Cəmiyyət 21:53
Bakıda yaşayış binasında yanğın - Video
Bakı Metropoliteni məsləhət almaq üçün 600 min manata yaxın pul xərcləyəcək
Cəmiyyət 21:41
Bakı Metropoliteni məsləhət almaq üçün 600 min manata yaxın pul xərcləyəcək
"ARB" telekanalı fəaliyyətini davam etdirir
Cəmiyyət 19:51
"ARB" telekanalı fəaliyyətini davam etdirir
Qubada toy karvanında qaydaları pozan 8 nəfər saxlanılıb
Cəmiyyət 19:47
Qubada toy karvanında qaydaları pozan 8 nəfər saxlanılıb
Dumanla bağlı bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 19:39
Dumanla bağlı bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
"9990” və “7770” nömrələri ilə bağlı yayılan iddialara DİN-dən cavab
Cəmiyyət 18:25
"9990” və “7770” nömrələri ilə bağlı yayılan iddialara DİN-dən cavab
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol