• $ 1.7
  • € 1.9767
  • ₽ 0.021982
  • ₺ 0.0399
  • £ 2.2619

Bərdə sakini Ağdərədə minaya düşüb - Yenilənib

Bərdə sakini Ağdərədə minaya düşüb - Yenilənib
16.11.2025 16:59

Ağdərədə minaya düşən Əliyev Natiq Namiq oğlunun sol aşağı ətrafın baldırın yuxarı 1/3-dən amputasiya olunub.Bu barədə "Report"a  Bərdə rayon Mərkəzi Xəstəxanasından bildirilib.

Xəstəxananın travmatoloqu Hafiz Əliyev bildirib ki, 16 noyabr 2025-ci ildə saat 13:20 radələrində Ağdərə rayon Sırxavənd kəndi ərazisində minaya düşmə səbəbilə xəsarət alan 1990-cı il təvəllüdlü Natiq Əliyev) Bərdə Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

Hazırda onun reanimasiya şöbəsində müalicəsi davam etdirilir, vəziyyəti ağırdır.

15:51

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətlərinin məlumatına görə, işğaldan azad edilmiş Ağdərə rayonunun Sırxavənd kəndi ərazisində 2025-ci il 16 noyabr tarixində mina hadisəsi baş verib.

1990-cı il təvəllüdlü Bərdə sakini Əliyev Natiq Namiq oğlu minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə mina partlayışı nəticəsində ayağından xəsarət alıb.

Faktla bağlı Ağdam rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır.

***

Ağdərə rayonunda mina partlayışı baş verib.

"Report"un məlumatına görə, Bərdə rayonunun Kələntərli kənd sakini Əliyev Natiq Namiq oğlu Ağdərənin Sırxavənd kəndində minaya düşüb.

Yaralı Bərdə Şəhər Mərkəzi Xəstəxanasının Diaqnostika şöbəsinə yetişdirilib və əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycanın sənaye məhsulu 2025-ci ilin yanvar-noyabrında 57,5 mlrd manat olub
Cəmiyyət 14:04
Azərbaycanın sənaye məhsulu 2025-ci ilin yanvar-noyabrında 57,5 mlrd manat olub
Əhalinin sayı açıqlanıb
Cəmiyyət 13:24
Əhalinin sayı açıqlanıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:57
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan-Ermənistan neft ticarəti üzrə ilkin əməkdaşlıq imkanları müzakirə olunub
Siyasət 12:45
Azərbaycan-Ermənistan neft ticarəti üzrə ilkin əməkdaşlıq imkanları müzakirə olunub
Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib
Cəmiyyət 12:32
Azərsun Holdinq”in rəhbər heyəti Ulu Öndərin məzarını ziyarət edib
Faktiki hava açıqlanıb
Cəmiyyət 11:26
Faktiki hava açıqlanıb
Türkiyənin tarixi şəhəri İzmir - Fotolar
Cəmiyyət 11:11
Türkiyənin tarixi şəhəri İzmir - Fotolar
Prezident və ailəsi Heydər Əliyevin məzarını ziyarət edib
Cəmiyyət 10:46
Prezident və ailəsi Heydər Əliyevin məzarını ziyarət edib
Ötən gün 43 cinayətin üstü açılıb
Cəmiyyət 10:31
Ötən gün 43 cinayətin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol