• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

“Megastore” mağazında satılan “batonçik” konfetindən qurd çıxdığı iddia olunur

“Megastore” mağazında satılan “batonçik” konfetindən qurd çıxdığı iddia olunur
17.11.2025 12:52

Qubada yerləşən “Megastore” mağazasında satışda olan “Batonçik” adlı konfet məhsulunun içərisindən qurd çıxdığı iddia edilib. Bu barədə vətəndaş Abu Turabov sosial şəbəkə hesabında məlumat yayıb.

Turabov bildirib ki, istifadəyə yararsız və istifadə müddəti keçmiş məhsulların satışda olması alıcıların sağlamlığı üçün ciddi təhlükə yaradır. Onun sözlərinə görə, bu cür hallar mağazalarda məhsullara nəzarətin zəif olduğunu və məsuliyyətin yetərincə təmin edilmədiyini göstərir.

“İnanırıq ki, məsələ məsuliyyətlə araşdırılacaq və alıcı məmnuniyyəti təmin ediləcək,” — o qeyd edib.

Şikayətçi anews.az-a açıqlamasında bildirib ki, məhsulu 2 gün əvvəl alıb. O ehtimal edir ki, vaxtı keçmiş məhsullar yeni məhsullarla qarışdırılaraq satışa çıxarıldığı üçün bəzi konfetlərin içindən qurd çıxması baş verib.

Məsələ ilə bağlı “Megastore” mağazasının Quba filialı ilə əlaqə yaratmağa cəhd etsək də, zənglərimiz cavabsız qalıb. Mağazanın mövqeyini işıqlandırmağa hazır olduğumuzu bildiririk.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi isə sorğumuza cavab olaraq qeyd edib ki, məsələ araşdırılması üçün aidiyyəti üzrə nəzarətə götürülüb.

Aytac Zeynalova 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bulvarıda dənizdə batan şəxs xilas edilib - Video
Cəmiyyət 23:29
Bulvarıda dənizdə batan şəxs xilas edilib - Video
Sabah bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 22:37
Sabah bu ərazilərdə qaz kəsiləcək
Biləsuvarda 4 otaqlı ev yanıb - Video
Cəmiyyət 21:13
Biləsuvarda 4 otaqlı ev yanıb - Video
Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər
Cəmiyyət 17:25
Sabahın havası bəzi meteohəssas insanlarda narahatlıq yarada bilər
Xəzər dənizindən qanunsuz qum-çınqıl daşıyan şəxslər saxlanılıb
Cəmiyyət 17:00
Xəzər dənizindən qanunsuz qum-çınqıl daşıyan şəxslər saxlanılıb
Abşeronda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Cəmiyyət 15:30
Abşeronda mağazadan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:37
Sabahın hava proqnozu açıqlanıb
Mingəçevirdə körpəsini zirzəmiyə atan qadın saxlanılıb
Cəmiyyət 12:30
Mingəçevirdə körpəsini zirzəmiyə atan qadın saxlanılıb
Biləsuvarda maşın kanala aşıb, 5 nəfər ölüb
Cəmiyyət 10:11
Biləsuvarda maşın kanala aşıb, 5 nəfər ölüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol