Cəbrayılın Horovlu kəndinə 37 ailə köçürülüb
Noyabrın 18-də Cəbrayılın Horovlu kəndinə 160 nəfər olmaqla 37 ailə köçürülüb. Bu barədə Qaçqınların və Məcburi Köçkünlər üzrə Dövət Komitəsi məlumat yayıb.
Bir müddət öncə Azərbaycan Prezidenti İlham Əliyev bu gün Cəbrayıl rayonunun Horovlu kəndinin birinci mərhələsinin açılışında iştirak edib.
Cəbrayıla ilk köç sentyabrın 26-da baş tutub.
İlin sonuna kimi Qarabağın 5 rayonuna məcburi köçkünlərin qaytarılması nəzərdə tutulub.
Cəbrayıl 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib, 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusunun antiterror tədbirlərindən sonra işğladan azad edilib.
Gülnar
Son xəbərlər
Daha çox