Şuşa Musiqili Dram Teatrının direktoru Yadigar Muradov vəfat edib
Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, Əməkdar artist Yadigar Muradov müalicə olunduğu xəstəxanada vəfat edib. Məlumat teatrın sosial media hesabında paylaşılıb.
Muradovun vəziyyəti pisləşdiyi üçün o, oktyabrın 4-də xəstəxanaya yerləşdirilmişdi.