Masazır və Qobu qəsəbələri 1 saat işıqsız qalacaq
Bu gün saat 13:00-dan 14:00-dək Abşeron rayonunun Masazır qəsəbəsi Əliağa Vahid, Nizami, Niyazi küçələrində, həmçinin Qobu qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Bu barədə "Azərişıq" ASC-yə məlumat paylaşıb.
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 18 noyabr tarixində Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 10 kV-luq Transformator Məntəqəsində (TM) və kabel hava xətlərində təmir işləri aparılacaq.
Təmir işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
Son xəbərlər
Daha çox