• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021189
  • ₺ 0.0398
  • £ 2.2762

Azərbaycanda altı şirkət və üç sahibkar haqsız rəqabətə görə cərimələnib

Azərbaycanda altı şirkət və üç sahibkar haqsız rəqabətə görə cərimələnib
18.11.2025 12:07

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi (AİBNA) aparılan araşdırmalar nəticəsində altı təsərrüfat subyektində və üç sahibkar tərəfindən haqsız rəqabət halları aşkar edib.

AİBNA-nın məlumatına görə, “Baku Electronics” MMC, “ABC Telecom” MMC (“Kontakt Home” əmtəə nişanı altında fəaliyyət göstərir) və “Trust Lux” MMC tərəfindən faktiki istehsal ölkələri Çin və Özbəkistan olmasına baxmayaraq məhsulların Yapon, Alman və Türkiyədə istehsal olunduğu təəssüratı yaradılıb. Bundan əlavə, fiziki şəxslər Quliyev Pərviz Məmmədhüseyn oğlu, Qurbanov Vüsal Nəriman oğlu və Vəliyev Dadaş Azadəli oğlu digər sahibkarların əmtəə nişanlarından və coğrafi göstəricilərdən qanunsuz istifadə etməklə haqsız rəqabətə yol veriblər.

Araşdırma nəticəsində aşkar olunan hallar Rəqabət Məcəlləsinin tələblərinin pozulması kimi qiymətləndirilib və həmin subyektlərə haqsız rəqabət hallarını aradan qaldırmaq və təkrar etməmək barədə icrası məcburi göstərişlər verilib.

Qurbanov Vüsal Nəriman oğlunun satdığı “AUXs” kondisionerlərində isə cinayət tərkibi əlamətləri olduğu üçün iş materialları Baş Prokurorluğa göndərilib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
“Gizir Xanı”ya şəhidlik statusu verilib
Cəmiyyət 22:29
“Gizir Xanı”ya şəhidlik statusu verilib
Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir - Emin Əmrullayev
Cəmiyyət 21:51
Məktəbəqədər təhsilə cəlb olunan bir uşaq dövlət büdcəsinə 4 500 manata başa gəlir - Emin Əmrullayev
Gömrük generalı təqaüdə göndərilib
Cəmiyyət 21:35
Gömrük generalı təqaüdə göndərilib
Şabranda qanunsuz ov edən şəxs saxlanılıb
Cəmiyyət 21:30
Şabranda qanunsuz ov edən şəxs saxlanılıb
Xaçmazın 27 kəndində qaz olmayacaq
Cəmiyyət 20:58
Xaçmazın 27 kəndində qaz olmayacaq
Bakıda avtomobil yanıb
Cəmiyyət 19:55
Bakıda avtomobil yanıb
Sumqayıtda azyaşlı uşaq tapılıb - Valideynləri axtarılır
Cəmiyyət 19:05
Sumqayıtda azyaşlı uşaq tapılıb - Valideynləri axtarılır
Çindən gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlanıb - BİRGƏ MƏLUMAT
Cəmiyyət 18:44
Çindən gətirilmiş şüşə fincanlarda ağır metallar aşkarlanıb - BİRGƏ MƏLUMAT
Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib
Cəmiyyət 18:30
Gültəkin Hacıbəylinin Türkiyədən deportasiya olunmasına qərar verilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol