• $ 1.7
  • € 1.9587
  • ₽ 0.021501
  • ₺ 0.0401
  • £ 2.2273

Gələn il sosialyönümlü xərclər artırılacaq

Gələn il sosialyönümlü xərclər artırılacaq
19.11.2025 12:15

Azərbaycan 2026-cı ildə sosialyönlü xərclərin payını əhəmiyyətli dərəcədə artıracaq. Bunu maliyyə naziri Sahil Babayev parlamentdə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı bildirib.

Nazirin sözlərinə görə, 2026-cı ildə dövlət büdcəsi xərclərinin 41%-i, cari xərclərin isə 68%-i — ümumilikdə 17,1 milyard manat — sosial sahəyə yönəldiləcək. Bu, 2024-cü ilin icra göstəricisi ilə müqayisədə 2,5 milyard manat və ya 17% çoxdur.

Babayev həmçinin vurğulayıb ki, orta müddətli büdcə dövrü ərzində (2022–2026) sosial xərclər 5,6 milyard manat və ya 48% artacaq.

Nazir qeyd edib ki, 2026-cı ildə sosialyönlü xərclər dövlət büdcəsinin əsas prioritetlərindən biri olaraq qalacaq və əhalinin sosial təminatının gücləndirilməsi istiqamətində artımlar davam etdiriləcək.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Restoran və şadlıq evlərində reydlər keçiriləcək- Xəbərdarlıq
Cəmiyyət 18:50
Restoran və şadlıq evlərində reydlər keçiriləcək- Xəbərdarlıq
Goranboyda döşəməsi çökən bina söküləcək
Cəmiyyət 18:25
Goranboyda döşəməsi çökən bina söküləcək
Sabah bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 18:04
Sabah bu ərazilərdə qaz kəsiləcək
Nazir Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Cəmiyyət 17:27
Nazir Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçirəcək
Ağdamda valideynlərinin zorakılıq etdiyi uşaq müəssisəyə yerləşdirilib
Cəmiyyət 17:15
Ağdamda valideynlərinin zorakılıq etdiyi uşaq müəssisəyə yerləşdirilib

Ələt azad iqtisadi zonası üçün 1453 hektar torpaq sahəsi alınacaq
Cəmiyyət 17:07
Ələt azad iqtisadi zonası üçün 1453 hektar torpaq sahəsi alınacaq
Metroda bənövşəyi xətdə interval 5 dəqiqəyə endirilib
Cəmiyyət 16:58
Metroda bənövşəyi xətdə interval 5 dəqiqəyə endirilib

Kapital Bank-dan BMU tələbələrinə təhsil və fərdi inkişaf dəstəyi
Cəmiyyət 16:54
Kapital Bank-dan BMU tələbələrinə təhsil və fərdi inkişaf dəstəyi
Onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə tutulub
Cəmiyyət 16:46
Onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə tutulub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol