Deputat: 2026-cı ilin büdcəsi iqtisadiyyatın şaxələnməsində yeni mərhələdir
2026-cı ilin büdcə zərfi iki əsas xüsusiyyətinə görə fərqlənir: birincisi, növbəti ilin büdcəsi müstəqillik illərinin ən böyük büdcəsi olacaq; ikincisi, enerji gəlirlərindən asılılıq azaldılaraq, dövlət büdcəsinin gəlirlərinin ilk dəfə 58 faizə yaxını qeyri-neft-qaz sektorunun payına düşəcək. Bunu deputat Vüqar Bayramov deyib.
O bildirib ki, bu, iqtisadiyyatın diversifikasiyası və fiskal gəlirlərin güclənməsi baxımından əhəmiyyətlidir.
Deputat qeyd edib ki, qeyri-neft-qaz gəlirləri müdafiə olunan xərcləri tamamilə üstələməsi üçün büdcə konsolidasiyası çərçivəsində fiskal dayanıqlığın gücləndirilməsi nəzərdə tutulur.
2026-cı ilin büdcəsi milli prioritetlərə uyğun hazırlanıb: 12 milyard manatdan artıq vəsait milli təhlükəsizlik və işğaldan azad olunmuş ərazilərin bərpasına yönəldiləcək. Ümumilikdə büdcə xərclərinin 30 faizi bu iki istiqamətə ayrılacaq, digər prioritet hədəflərə də tələb olunan vəsait təmin ediləcək.
Sosial xərclərin həcmi isə 17 milyard manatdan çox olacaq ki, bu da büdcədən xərclənən hər 100 manatdan 41 manatının sosial sahəyə yönəldilməsi deməkdir. Deputat bəzi marjinal siyasi qrupların iqtisadiyyatın şaxələndirilməsi islahatlarına kölgə salmağa çalışdığını bildirib.
Gülnar
Son xəbərlər
Daha çox