Deputat yanacağın qiyməti ilə bağlı ictimai narahatlıqdan danışıb
Deputat Zahid Oruc yanacağın qiymətləri ilə bağlı ictimai narahatlıqlara toxunub. Bu barədə deputat Milli Məclisdə büdcə lahiyəsinə münasibət bildirərkən deyib.
O yol vergisindən daxilolmaların 45,5 milyon manatdan 131 milyon manata çatmasının proqnozlaşdırıldığını bildirərək, satış həcminin dəyişməyəcəyi halda qiymət artımı ehtimalının aydınlaşdırılmasının iqtisadiyyata müsbət siqnal verəcəyini vurğulayıb.
Deputatın fikrincə, dövlətin balansında olan 10 minə yaxın qeyri-yaşayış obyektinin yalnız 30 faizinin icarəyə verilməsi iqtisadi potensialı tam şəkildə istifadə etməyə imkan vermir. O, Xankəndidə iki il əvvəl aparılmış iqtisadi canlanma modelini misal gətirərək bildirib ki, əhali məskunluğu təmin edilmədiyi halda 500-dən artıq obyektin sahibkarlara şəffaf qaydada verilməsi real iqtisadi dinamika yaradıb.
Gülnar
Son xəbərlər
Daha çox