Şair Arif Buzovnalı vəfat edib
Qəzəlxan şair Arif Buzovnalı (Əliyev Arif) vəfat edib.Bu barədə "Report"a şairin yaxınları məlumat verib.
Arif Buzovmslı Bakıda və Abşeronda fəaliyyət göstərən müxtəlif ədəbi məclislərin, o cümlədən "Füzuli" və "Məcməüş-şüəra" məclislərinin üzvü olub.
2016-cı ildən Azərbaycan Yazıçılar Birliyinin Xəzər bölməsinin sədri idi.