Həftəsonu səfərə çıxan sürücülərin NƏZƏRİNƏ!
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib.
Müraciətdə bildirilir ki, respublika əhəmiyyətli avtomobil yollarında yol hərəkətinin intensivliyi həftəsonları artdığı üçün qəza riski daha yüksəkdir. Nazirlik nəzarət-profilaktik tədbirlərin gücləndirildiyini qeyd etsə də, bəzi sürücülərin tələskənliyi və diqqətsizliyi qəza ehtimalını artırır.
Sürücülərə yola çıxmazdan əvvəl nəqliyyat vasitəsinin texniki vəziyyətinin yoxlanılması, yorğunluq və yuxusuzluq halında sükan arxasına əyləşməmək, ara məsafəsinə riayət etmək, sürət həddini aşmamaq və ötmə-manövrlər zamanı qaydalara əməl etmək tövsiyə olunur.
Yol hərəkəti qaydalarına riayət etmək – həm özümüzü, həm də yaxınlarımızı qorumağın ən effektiv yoludur.