Bakı-Qazax yolunda sıxlıq yaranıb
Bakı-Qazax yolunun 104-cü kilometrində, paytaxt istiqamətində aparılan təmir işləri ilə əlaqədar sıxlıq yaranıb. Bu barədə DİN-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, yaranmış sıxlığın aradan qaldırılması istiqamətində YPX əməkdaşları tərəfindən zəruri bütün tədbirlər görülür.Yol sahəsinə əlavə naryad qrupları ayrılıb. YPX əməkdaşları hərəkətin tənzimlənməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə gücləndirilmiş rejimdə xidmət aparırlar.
Son xəbərlər
Daha çox