Eyvan çöküb - xəsarət alan var
Paytaxtın Hövsan qəsəbəsində yaşayış binasının eyvanı çöküb. “Report”un məlumatına görə, hadisə nəticəsində 1963-cü il təvəllüdlü Xalidə Əbdülbağı qızı İbrahimova yıxılaraq xəsarət alıb.
Qadın xəstəxanaya yerləşdirilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox