• $ 1.7
  • € 1.9587
  • ₽ 0.021501
  • ₺ 0.0401
  • £ 2.2273

Bakıda SSRİ bayraqları ilə yürüşə cəhd edən qrup saxlanılıb

Bakıda SSRİ bayraqları ilə yürüşə cəhd edən qrup saxlanılıb
26.11.2025 10:06

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxsi müəyyən edərək saxlayıb. Bu barədə qurumdan bildirilib. 

Təşkilatçılar haqqında cinayət işi başlanıb və qrupun xarici dəstək hesabına fəaliyyət göstərdiyi açıqlanıb.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak edən digər şəxslər keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılıb. Onlar barəsində kommunist ideologiyasının təbliği və qanunsuz fəaliyyətlə bağlı cinayət işi açılıb.

İlkin istintaq həmin şəxslərin başqa bir dövlətin ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərdiyini, mütəmadi toplantılar təşkil etdiyini müəyyən edib.

Ofis və mənzillərdə aparılan baxış zamanı kommunist ideologiyasının təbliğinə dair çoxsaylı materiallar, SSRİ bayraqları, radikal məzmunlu kitablar, CD-disklər və müxtəlif elektron cihazlar götürülüb.

DİN istintaqın davam etdiyini bildirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda SSRİ bayraqları ilə yürüşə cəhd edən qrup saxlanılıb
Cəmiyyət 10:06
Bakıda SSRİ bayraqları ilə yürüşə cəhd edən qrup saxlanılıb
BŞİH: Qarlı hava ilə bağlı texnikalar tam hazır vəziyyətə gətirilib
Cəmiyyət 09:31
BŞİH: Qarlı hava ilə bağlı texnikalar tam hazır vəziyyətə gətirilib
Lənkəranda işıq olmayacaq
Cəmiyyət 09:24
Lənkəranda işıq olmayacaq
Almaniya 17 azərbaycanlını readmissiya qaydasında geri qaytarıb
Cəmiyyət 09:19
Almaniya 17 azərbaycanlını readmissiya qaydasında geri qaytarıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
Cəmiyyət 09:18
Avro bahalaşıb, rubl ucuzlaşıb - Məzənnə
Kəlbəcərə növbəti köç yola salınıb
Cəmiyyət 09:13
Kəlbəcərə növbəti köç yola salınıb
“Soyuq Əllər, İsti Ürək” yarmarkasındakı yanğında bir nəfər tüstüdən zəhərlənib - Yenilənib
Cəmiyyət 22:41
“Soyuq Əllər, İsti Ürək” yarmarkasındakı yanğında bir nəfər tüstüdən zəhərlənib - Yenilənib
Şəmkirdə evdən kişi meyiti tapılıb
Cəmiyyət 22:28
Şəmkirdə evdən kişi meyiti tapılıb
Oğuzda avtomobil aşıb, ölən və xəsarət alanlar var
Cəmiyyət 21:01
Oğuzda avtomobil aşıb, ölən və xəsarət alanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol