Goranboyda daha bir yaşayış binası qəza təhlükəsi ilə əlaqədar söküləcək - Yenilənib
Goranboy şəhərində bloku çökən qəzalı yaşayış binası ilə yanaşı daha bina söküləcək.
"Report"un məlumatına görə, Cəfər Cabbarlı küçəsində yerləşən qəzalı beşmərtəbəli yaşayış binasının yaxınlığındakı digər binada da qəza riski müəyyən edilib. Bu səbəbdən həmin binadakı sakinlərin də növbəti günlərdə köçürülməsinə qərar verilib.
***
Goranboyda yararsız hala düşən 5 mərtəbəli yaşayış binasının 5-ci bloku tamamilə çöküb.
APA xəbər verir ki, hadisə bu gün axşam saat 21 radələrində qeydə alınıb.
Əraziyə aidiyyəti orqanların əməkdaşları cəlb olunub. Bina sakinləri təxliyə olunduğundan hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Binada bir neçə gün əvvəl baş verən uçqun nəticəsində üçü qadın, biri kişi olmaqla, dörd nəfər xəsarət alıb. Xəsarət alanlar Goranboy Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Son xəbərlər
Daha çox