Əziz Orucov azadlığa çıxıb
Kanal 13 internet televiziyasının rəhbəri Əziz Orucov iki illik həbs cəzasını başa vuraraq bu gün azadlığa buraxılıb. O, 16 saylı cəzaçəkmə müəssisəsindən çıxıb.
Səbail Rayon Məhkəməsi Orucov barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi (qabaqcadan əlbir olan bir qrup tərəfindən qaçaqmalçılıq) üzrə hökm çıxararaq onu azadlıqdan məhrum etmişdi.
Orucov 2023-cü il noyabrın 27-də saxlanılıb. Həbsdən əvvəl ona 188.2-ci maddə (mülkiyyət və ya istifadə hüququ olmadan torpaq sahəsində tikinti və quraşdırma işləri aparma) ilə ilkin ittiham irəli sürülmüşdü.
Gülnar