Şərurun üç kəndində qaz kəsilib
Naxçıvan Muxtar Respublikası (MR) Şərur rayonunun üç kəndində qaz təchizatı məhdudlaşdırılıb.
Şərur rayonunun Düdəngə, Zeyvə və Cəlilkənd kəndlərində korroziyaya uğramış boru xətlərinin təmiri ilə əlaqədar olaraq ümumilikdə 1598 abonentin təbii qaz təchizatı dayandırılıb.
Bildirilib ki, qazın verilişi saat 12:30-dan etibarən mərhələli şəkildə bərpa olunacaq.