Dərman təminatı bu şəxslər üçün sığorta hesabına olacaq
Dərman təminatı üzrə yeni qaydalar təsdiqlənib və icbari tibbi sığorta hesabına ödəniləcək preparatların “pozitiv siyahısı” formalaşdırılır. Bunu agentliyin marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova deyib.
İlk mərhələdə siyahıya ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunan qan təzyiqini azaldan dərmanlar daxil edilib.
Siyahı üzrə təsiredici maddə, doza və kompensasiya faizləri agentliyin rəsmi saytında dərc olunacaq.
Dərmanların sistemə daxil edilməsi üçün meyarlar dövlət reyestrində qeydiyyat, təhlükəsizlik və effektivlik tələblərinə uyğunluq, qiymət tənzimlənməsi və sığorta fondunun maliyyə imkanları ilə bağlıdır. Preparatlar yalnız agentliklə müqaviləli apteklərdən veriləcək və onlar xüsusi nişanlarla qeyd olunacaq. Elektron resept sisteminin agentliyin bazası ilə inteqrasiyası üzərində işlər davam edir.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox