• $ 1.7
  • € 1.9691
  • ₽ 0.021563
  • ₺ 0.04
  • £ 2.2419

Eksternat imtahanlarına sənəd qəbulunun vaxtı uzadılıb

Eksternat imtahanlarına sənəd qəbulunun vaxtı uzadılıb
28.11.2025 11:10

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi təhsil məktəblərini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyələri üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək imtahanlara sənəd qəbulu 17 dekabr 2025-ci il saat 18:00 tarixinədək uzadılıb.

Bu barədə BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, eksternat imtahanlarında iştirak etmək istəyən şəxslər müvafiq sənədləri BŞTİ-yə təqdim etməlidirlər.

Ümumi orta təhsil səviyyəsi üzrə attestat almaq üçün müraciət edən şəxs 16, tam orta təhsil səviyyəsi üzrə attestat almaq üçün müraciət edən şəxs isə 18 yaşdan aşağı olmamalıdır.

Qeyd edək ki, eksternat imtahanlarının təşkili müxtəlif səbəblərdən ümumi orta və tam orta təhsil səviyyələrini başa vura bilməyən şəxslərə həmin səviyyələr üzrə buraxılış imtahanı verərək müvafiq təhsil sənədi almaq üçün şərait yaratmaq məqsədi daşıyır. Eksternat imtahanlarında uğur qazanmış şəxslər ümumi orta və tam orta təhsil haqqında sənəd (attestat) almaq üçün Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən buraxılış imtahanlarında iştirak etmək hüququna sahib olacaqlar.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Süni intellekt və avtomatlaşdırma 2030-a qədər iş yerlərinin 22%-ni dəyişəcək - Nazir
Cəmiyyət 11:16
Süni intellekt və avtomatlaşdırma 2030-a qədər iş yerlərinin 22%-ni dəyişəcək - Nazir
Eksternat imtahanlarına sənəd qəbulunun vaxtı uzadılıb
Cəmiyyət 11:10
Eksternat imtahanlarına sənəd qəbulunun vaxtı uzadılıb
Yeni pambıqyığan maşınlar yüzlərlə insanı əvəz edəcək - Spikerin müavini
Cəmiyyət 11:08
Yeni pambıqyığan maşınlar yüzlərlə insanı əvəz edəcək - Spikerin müavini
Bu il 491 min nəfəri aktiv məşğulluq proqramlarına cəlb edib – Nazir
Cəmiyyət 10:53
Bu il 491 min nəfəri aktiv məşğulluq proqramlarına cəlb edib – Nazir
Türk Dövlətləri Təşkilatı 55-dən çox sahədə regional aktyora çevrilib
Cəmiyyət 10:50
Türk Dövlətləri Təşkilatı 55-dən çox sahədə regional aktyora çevrilib
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün son 3 gün!
Cəmiyyət 10:37
Azərbaycan Kibertəhlükəsizlik Mərkəzinə qeydiyyat üçün son 3 gün!
Azərbaycan Türk Dövlətləri Təşkilatı ilə media əməkdaşlığını genişləndirir
Cəmiyyət 10:36
Azərbaycan Türk Dövlətləri Təşkilatı ilə media əməkdaşlığını genişləndirir
Bu yolda hərəkət dəyişdirilir
Cəmiyyət 10:33
Bu yolda hərəkət dəyişdirilir
Azərbaycan hərbçisi Laçında mina qurbanı olub
Cəmiyyət 22:59
Azərbaycan hərbçisi Laçında mina qurbanı olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol