• $
  • £

Qarabağda məşğulluq səviyyəsi 92%-i ötüb – Agentlik sədri

Qarabağda məşğulluq səviyyəsi 92%-i ötüb – Agentlik sədri
28.11.2025 12:24

Qarabağ bölgəsində məşğul əhalinin səviyyəsi hazırda 92%-dən yuxarıdır. Bunu jurnalistlərə açıqlamasında Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev bildirib.

Əliyevin sözlərinə görə, bölgəyə qayıdış prosesi ilə paralel olaraq əhalinin peşə hazırlığına və özünüməşğulluq proqramlarına cəlb edilməsi mərhələli şəkildə həyata keçirilir. 

O qeyd edib ki, bu tədbirlər məşğulluq səviyyəsinin yüksək qalmasına imkan verir.

 2025-ci il üçün Qarabağa 40 min nəfərin köçürülməsi nəzərdə tutulub, 2026-cı il Böyük Qayıdış Proqramı çərçivəsində isə ümumilikdə 130 min nəfərin bölgəyə qaytarılması planlaşdırılır.

Azərbaycan işğaldan azad edilmiş ərazilərdə şəhərsalma, infrastruktur və iqtisadi fəaliyyətin bərpası ilə paralel məşğulluq mexanizmlərini genişləndirir. Bölgədə “ağıllı kənd” və “ağıllı şəhər” modelinə uyğun istehsal, xidmət və kənd təsərrüfatı sahələrinin qurulması iş yerlərinin artımını sürətləndirən əsas faktor kimi göstərilir.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
Könül Həmzəyeva saxlanılıb
Cəmiyyət 23:09
Könül Həmzəyeva saxlanılıb
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Cəmiyyət 22:26
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb
Cəmiyyət 21:46
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb
Ramazanın iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:29
Ramazanın iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Tiktoker “Şiva” həbs edilib
Cəmiyyət 19:15
Tiktoker “Şiva” həbs edilib
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Cəmiyyət 18:04
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

Azər Qasımlıya 12 il həbs cəzası verilib
Cəmiyyət 16:33
Azər Qasımlıya 12 il həbs cəzası verilib

Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Cəmiyyət 15:56
Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxılıb
Cəmiyyət 15:35
Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol