• $
  • £

Dekabrda havanın temperaturu necə olacaq?

Dekabrda havanın temperaturu necə olacaq?
28.11.2025 17:29

Dekabra olan hava proqnozu açıqlanıb. Bununla bağlı Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, dekabrda havanın temperaturu noyabr ayına nisbətən aşağı olacaq.

Havanın orta aylıq temperaturu kiçik müsbət fərqlə iqlim normasına yaxın olacağı gözlənilir. Aylıq yağıntının miqdarı əsasən iqlim normasına yaxın olacağı ehtimal olunur.

Birinci ongünlüyün ilk yarısında ölkə ərazisində hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir.

Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 7-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdirdır. Gecələr havanın temperaturu 7-12 dərəcə, bəzi günlərdə 0-3 dərəcə isti, gündüzlər 12-17 dərəcə, bəzi günlərdə 4-9 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 24-34 mm).

Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturu 1-4 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və 1 dərəcə yüksəkdir. Gecələr havanın temperaturu 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, bəzi günlərdə 6-10 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 4 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 14-35 mm).

Xankəndi, Şuşa, Goranboy, Xocalı, Xocavənd, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 0-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, bəzi günlərdə 6-11 şaxta, gündüzlər 6-11 dərəcə, bəzi günlərdə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-30 mm).

Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 1-5 dərəcə isti olacağı ğözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, bəzi günlərdə 7-12 dərəcə şaxta, gündüzlər 7-12 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 25-27 mm).

Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Ceyrançöl, Tərtər, Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 3-6 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 1-6 dərəcə isti, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 3-8 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 13-32 mm).

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında havanın orta aylıq temperaturunun 2-5 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 2-7 dərəcə isti, bəzi günlərdə 2-7 dərəcə şaxta, gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 0-5 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 5-10 dərəcə şaxta, bəzi günlərdə 13-18 dərəcə şaxta, yüksək dağlıq ərazilərdə gündüzlər 2-7 dərəcə isti, bəzi günlərdə 5-10 dərəcə şaxta olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 24-48 mm).

Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 6-9 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 3-8 dərəcə, bəzi günlərdə 1-6 dərəcə şaxta, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 5-9 dərəcə isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 19-32 mm).

Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara, Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 4-8 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Gecələr havanın temperaturu 4-9 dərəcə isti, bəzi günlərdə 0-3 dərəcə şaxta, gündüzlər 12-17 dərəcə isti, bəzi günlərdə 3-6 dərəcə isti, dağlarda gecə 1-5 dərəcə isti, bəzi günlərdə 4-9 dərəcə şaxta, dağlarda gündüzlər 10-15 dərəcə isti, bəzi günlərdə 5 dərəcəyədək isti gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 45-106 mm).

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Könül Həmzəyeva saxlanılıb
Cəmiyyət 23:09
Könül Həmzəyeva saxlanılıb
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Cəmiyyət 22:26
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb
Cəmiyyət 21:46
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb
Ramazanın iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:29
Ramazanın iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Tiktoker “Şiva” həbs edilib
Cəmiyyət 19:15
Tiktoker “Şiva” həbs edilib
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Cəmiyyət 18:04
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

Azər Qasımlıya 12 il həbs cəzası verilib
Cəmiyyət 16:33
Azər Qasımlıya 12 il həbs cəzası verilib

Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Cəmiyyət 15:56
Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxılıb
Cəmiyyət 15:35
Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol