• $
  • £

Azərbaycanın pomidor ixracı 9 ayda 12% artıb

Azərbaycanın pomidor ixracı 9 ayda 12% artıb
01.12.2025 14:50

Azərbaycan 2025-ci ilin doqquz ayında 157,2 milyon ABŞ dolları dəyərində 144 029 ton pomidor ixrac edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 12 %, kəmiyyət üzrə isə 23 % artım deməkdir. Bu barədə report Dövlət Statistika Komitəsinə istinadla yazıb. 

İxracın əsas hissəsi Rusiya bazarına yönəlib.

Hesabat dövründə Rusiyaya 150 milyon ABŞ dolları dəyərində (+10 %) 139 251 ton (+21 %) pomidor göndərilib.

Belarusa ixrac 5,1 milyon dollarla iki dəfə artıb (2 310 ton, +2,1 dəfə). Gürcüstana göndərilən pomidor ixracı 1,1 milyon dollara yüksələrək ötən ilin göstəricisini 19 dəfə, həcmini isə 28 dəfə üstələyib.

Polşaya ixrac 956 min dollar (+2,2 dəfə), 642 ton (+2,5 dəfə), Ukraynaya isə 187 min dollar (+4,3 dəfə), 167 ton (+5 dəfə) təşkil edib.

Azərbaycan 2 il 3 aylıq fasilədən sonra Qazaxıstana pomidor tədarükünü bərpa edib – 13,5 min dollar dəyərində 16,83 ton məhsul göndərilib.


Azərbaycanın pomidor ixracı ənənəvi olaraq Rusiya bazarına söykənir. 2024-cü ildə ixrac olunan 145,6 min ton pomidorun 97,4 %-i Rusiyaya göndərilmişdi. Pomidor kənd təsərrüfatı məhsulları arasında ölkənin əsas ixrac kalemlərindən biri olaraq qalır.

Aytac 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Könül Həmzəyeva saxlanılıb
Cəmiyyət 23:09
Könül Həmzəyeva saxlanılıb
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Cəmiyyət 22:26
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb
Cəmiyyət 21:46
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb
Ramazanın iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:29
Ramazanın iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Tiktoker “Şiva” həbs edilib
Cəmiyyət 19:15
Tiktoker “Şiva” həbs edilib
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Cəmiyyət 18:04
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

Azər Qasımlıya 12 il həbs cəzası verilib
Cəmiyyət 16:33
Azər Qasımlıya 12 il həbs cəzası verilib

Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Cəmiyyət 15:56
Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxılıb
Cəmiyyət 15:35
Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol