• $ 1.7
  • € 1.97
  • ₽ 0.021803
  • ₺ 0.04
  • £ 2.2506

Ağcabədidə pambıq yığımı ötən ilə nisbətən məhsuldarlıq 17% yüksəlib

Ağcabədidə pambıq yığımı ötən ilə nisbətən məhsuldarlıq 17% yüksəlib
01.12.2025 15:50

Azərbaycanın əsas pambıqçılıq rayonlarından olan Ağcabədidə fermerlər məhsul yığımını davam etdirir və bu günədək 39 139 ton pambıq toplanıb. Bu barədə rayonun Dövlət Aqrar İnkişaf Mərkəzinin (DAİM) bitkiçilik sektorunun baş mütəxəssisi Ramiz Quluzadə məlumat verib.

Rəsmi göstəricilərə görə, hazırkı mövsümdə orta məhsuldarlıq 33,11 sentner təşkil edir ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə təxminən 17% çoxdur. 2024-cü ildə rayonda 37 277 ton məhsul yığılmış, orta məhsuldarlıq 28,4 sentner olmuşdu.

Bu il Ağcabədidə “Azərpambıq”, “Prime Cotton”, “P-Aqro”, “Hüseyn Pambıq İK”, “Azərşəkər” və “Cotton Trade” MMC-lərlə müqavilələr əsasında 11 821 hektar sahədə pambıq becərilib. Quluzadənin sözlərinə görə, düzgün aqrotexniki tədbirlərin – kultivasiya, seyrəltmə, gübrələmə, suvarma və zərərvericilərə qarşı dərmanlamanın – vaxtında aparılması məhsuldarlığın artmasına şərait yaradıb.

DAİM sahələrdə yığımın itkisiz aparılması üçün nəzarətin gücləndirildiyini, rayon rəhbərliyi və aidiyyəti qurumların mütəmadi monitorinqlər həyata keçirdiyini bildirib.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Ağcabədidə pambıq yığımı ötən ilə nisbətən məhsuldarlıq 17% yüksəlib
Cəmiyyət 15:50
Ağcabədidə pambıq yığımı ötən ilə nisbətən məhsuldarlıq 17% yüksəlib
Azərbaycan ov mövsümünü qadağan edilib
Cəmiyyət 15:19
Azərbaycan ov mövsümünü qadağan edilib
Naxçıvanın səhiyyə naziri vəzifəsindən azad edilib
Cəmiyyət 15:00
Naxçıvanın səhiyyə naziri vəzifəsindən azad edilib
“Nar”da həyəcan artır – 6-cı avtomobil səni gözləyir
Cəmiyyət 14:57
“Nar”da həyəcan artır – 6-cı avtomobil səni gözləyir
Azərbaycanın pomidor ixracı 9 ayda 12% artıb
Cəmiyyət 14:50
Azərbaycanın pomidor ixracı 9 ayda 12% artıb
Əli Kərimli həbs olunub - Yenilənib
Cəmiyyət 14:33
Əli Kərimli həbs olunub - Yenilənib
217 nəfərə sosial xidmət göstərilib - Rəsmi
Cəmiyyət 14:22
217 nəfərə sosial xidmət göstərilib - Rəsmi
Masallıda 1300 abonentin qazı kəsiləcək
Cəmiyyət 13:48
Masallıda 1300 abonentin qazı kəsiləcək
Noyabrda 92 nəfər zəhərlənib
Cəmiyyət 13:27
Noyabrda 92 nəfər zəhərlənib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol