Deputat hökuməti quru sərhədləri açmağa çağırıb
Azərbaycan hökuməti beynəlxalq tədbirlərin keçirilməsi və turizm axınının azalması ilə bağlı vəziyyəti yenidən qiymətləndirməlidir. Bunu deputat Qüdrət Həsənquliyev parlament iclasında bildirib.
O qeyd edib ki, hazırda bir çox ölkələr bahalı beynəlxalq konfranslardan imtina edir və Azərbaycanın da bu istiqamətdə siyasətə yenidən baxması vacibdir.
Həsənquliyevin sözlərinə görə, turistlərin ölkəyə marağının azalmasında yüksək aviabiletlər, bahalı ictimai iaşe xidmətləri və ucuz otellərin çatışmazlığı kimi amillər rol oynayır.
Deputat hökuməti sərhədlərin açılması məsələsini də nəzərdən keçirməyə çağırıb və turizm axınının səbəbləri ilə bağlı əlavə araşdırmaların aparılmasının zəruri olduğunu deyib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox