Deputat AXCP və Müsavat partiyasını vətən xaini adlandırıb
Parlamentin plenar iclasında çıxış edən deputat Siyavuş Novruzov bir sıra müxalifət partiyaları ilə bağlı tənqidlərini səsləndirib və yerli özünüidarəetmə orqanlarının maliyyələşməsi məsələsinə yenidən baxılmasını təklif edib.
Novruzov bildirib ki, siyasi partiyaların əksəriyyəti müəyyən məsələlərdə birlik nümayiş etdirir, lakin onun fikrincə, bu prosesdə Müsavat və AXCP-nin iştirak etməməsi problemlər yaradır. O, əlavə etdi ki, siyasi partiyalara büdcədən ayrılan vəsaitlərin artırılması müzakirə oluna bilər.
"Müsavat və AXCP vətən xainidir. Ondan başqa bütün siyasi partiyalar vahid şəkildə çalışa bilirlər. Təklif edirəm ki, onlara ayrılan da vəsait ayrılsın", - deputat bildirib.
Eyni zamanda deputat yerli özünüidarəetmə orqanlarının maliyyə imkanlarının genişləndirilməsinin vacibliyini də vurğulayıb.
“2026-cı il üçün artımlar nəzərdə tutulmayıb. Hesab edirəm ki, rayonların topladığı gəlirlərin 50 faizinin özündə qalması ilə bağlı norma 70 faizə qaldırıla bilər,” – Novruzov deyib.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox