• $
  • £

Nazir: Gələn ildən dağlıq zonalarda olan şəhid ailələri üçün ev verilməsinə xüsusi yanaşma tətbiq ediləcək

Nazir: Gələn ildən dağlıq zonalarda olan şəhid ailələri üçün ev verilməsinə xüsusi yanaşma tətbiq ediləcək
02.12.2025 16:13

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi şəhid ailələrinin mənzil təminatı ilə bağlı iki proqramın icrasını davam etdirir və bu məqsədlə kifayət qədər maliyyə resursu mövcuddur. Bunu nazir Anar Əliyev parlamentdə çıxışı zamanı bildirib.

Nazirin sözlərinə görə, indiyədək şəhid ailələrinə 10 min mənzil verilib. Cari il ərzində əlavə 400 mənzilin alınması planlaşdırılır. Mənzil alışı əsasən çoxmənzilli binalar üzrə həyata keçirilir.

Əliyev deyib ki, dağlıq və ətək zonalarda növbədə olan şəxslərin mənzillə təmin edilməsi üçün xüsusi yanaşma tətbiq olunacaq və proses mərhələli şəkildə davam etdiriləcək.

Bundan əvvəl deputat Vasif Qafarov Milli Məclisdə çıxışı zamanı bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həssas təbəqədən olan vətəndaşlar üçün fərdi ev və ya çoxmənzilli bina tikmək işini dayandırıb. Nazirlik bu məqsədlə yalnız hazır evlərin satın alınmasını həyata keçirir. 

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Könül Həmzəyeva saxlanılıb
Cəmiyyət 23:09
Könül Həmzəyeva saxlanılıb
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Cəmiyyət 22:26
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb
Cəmiyyət 21:46
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb
Ramazanın iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:29
Ramazanın iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Tiktoker “Şiva” həbs edilib
Cəmiyyət 19:15
Tiktoker “Şiva” həbs edilib
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Cəmiyyət 18:04
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

Azər Qasımlıya 12 il həbs cəzası verilib
Cəmiyyət 16:33
Azər Qasımlıya 12 il həbs cəzası verilib

Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Cəmiyyət 15:56
Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxılıb
Cəmiyyət 15:35
Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol