• $ 1.7
  • € 1.9811
  • ₽ 0.022291
  • ₺ 0.04
  • £ 2.2672

Maqnit qasırğası gözlənilir

Maqnit qasırğası gözlənilir
08.12.2025 10:17

Maqnit qasırğası gözlənilir. Bu barədə Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından xəbər verilib.

Qeyd edilib ki, Günəşdə bir neçə oblastda Yerə demək olar ki, təsiri olmayan C sinif alışmaları baş verib.

“Hazırda Yerə istiqamətlənmiş tac kütlə atılması yoxdur. Əvvəlki alışmaların tarixcəsinə və Günəş səthində dəyişən aktiv oblastların potensialına əsasən, 8 - 10 dekabr tarixlərində M (R1/R2 - mülayim-orta) və X (güclü) alışmaların baş verəcəyi ehtimal olunur.

Dekabrın 8-də dekabrın 4-də Günəşi tərk edən tac kütlə atılmasının sürüşkən təsiri müşahidə oluna bilər. Dekabrın 9-da baş verəcək təsir isə dekabrın 6-da Günəşi tərk etmiş tac kültə alışmalı ilə bağlı olacaq. Nəticədə geomaqnit aktivliyi göstərən Kp əmsalı orta coğrafi enliklərdə dekabrın 8-də 1-4, dekabrın 9-da nisbətən yüksək olmaqla 5-6 və sonrakı tarixlərdə normal 2-4 intervalında olacaq. Yüksək coğrafi enliklərdə dekabrın 8-də Kp əmsalı 2-4, dekabrın 9-da 5-7, dekabrın 10-da isə 5-6 intervalında olacaq.

Geomaqnit sahə dekabrın 4-də Günəşdən atılan tac kütləsi hesabına G1 (mülayim) səviyyədə olacaq. Bu hal dekabrın 6-da baş vermiş tac kütlə atılması hesabına 10 dekabr tarixində də davam edəcək.

Sonrakı tarixlərdə geomaqnit sahənin sakit-dəyişkən olacağı proqnozlaşdırılır”, - məlumatda vurğulanıb.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Maqnit qasırğası gözlənilir
Cəmiyyət 10:17
Maqnit qasırğası gözlənilir
İki gün ərzində 53 cinayəti açıb - DİN
Cəmiyyət 10:13
İki gün ərzində 53 cinayəti açıb - DİN
Masallının bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 09:59
Masallının bəzi ərazilərində işıq olmayacaq
FHN: Ötən həftə əməliyyatlar zamanı 13 nəfərin meyiti tapılıb
Cəmiyyət 09:42
FHN: Ötən həftə əməliyyatlar zamanı 13 nəfərin meyiti tapılıb
Bəzi rayonlara qar yağıb - Faktiki hava
Cəmiyyət 09:20
Bəzi rayonlara qar yağıb - Faktiki hava
Masazırda avtomobil yanıb - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
Cəmiyyət 08:42
Masazırda avtomobil yanıb - 1 nəfər ölüb, 2 nəfər yaralanıb
Zığ yolunda sürət həddi endirilib
Cəmiyyət 08:34
Zığ yolunda sürət həddi endirilib
Bulvarıda dənizdə batan şəxs xilas edilib - Video
Cəmiyyət 23:29
Bulvarıda dənizdə batan şəxs xilas edilib - Video
Sabah bu ərazilərdə qaz kəsiləcək
Cəmiyyət 22:37
Sabah bu ərazilərdə qaz kəsiləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol