İki gün ərzində 53 cinayəti açıb - DİN
Dekabrın 6–7-si ölkə ərazisində qeydə alınan 48 cinayət, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 5 hadisə polis tərəfindən açılıb. Bu baradə Azərbaycanın Daxili İşlər Nazirliyi (DİN) bildirib.
Axtarışda olan 78 nəfər, o cümlədən borca görə axtarılan 51 şəxs saxlanılaraq müvafiq qurumlara təhvil verilib.
Hesabat dövründə narkotiklərlə bağlı 10, qanunsuz saxlanılan silah-sursatın aşkarlanması ilə bağlı 15 fakt müəyyən olunub. Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər polis tərəfindən saxlanılıb.
Gülnar