Poliklinikalarda yeni elektron növbə sistemi qurulur - TƏBİB rəsmisi
TƏBİB ölkədə poliklinikalarda yeni elektron növbə sisteminin tətbiqi üzərində işləyir. Bunu qurumun İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova bildirib.
O, “Sağlam dialoq: media və səhiyyə kommunikasiyasında yeni paradiqmalar” mövzusunda keçirilən təlimdə deyib ki, artıq Hövsan Ailə Sağlamlıq Mərkəzində yeni sistem quraşdırılıb və hazırda texniki sınaq mərhələsindədir.
Ədilovanın sözlərinə görə, yeni mexanizm əvvəlki modellərdən fərqlənir və növbələrin optimallaşdırılmasını, eləcə də pasiyentlərin tibbi xidmətə daha qısa zamanda çıxışını təmin etməyi hədəfləyir.
Gülnar Nazimqızı