• $
  • £

Gündəlik 800 saatlıq efiri 6 nəfərlə monitorinq etmək mümkün olmur - Şura sədri

Gündəlik 800 saatlıq efiri 6 nəfərlə monitorinq etmək mümkün olmur - Şura sədri
08.12.2025 12:32

Azərbaycan Respublikası Audiovizual Şurası televiziya reklamlarında və verilişlərdə istifadə olunan əcnəbi sözlərin monitorinqini artıq süni intellekt texnologiyası ilə həyata keçirir. Bunu şura sədri İsmət Səttarov parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.

O bildirib ki, hazırda test rejimində işləyən sistem 40 yaxın əcnəbi sözün istifadəsini aşkarlayıb. Son iki həftədə “ok” sözü reklam və verilişlərdə 104 dəfə istifadə olunub.

Ümumilikdə isə 3 minə yaxın hallarda əcnəbi sözlər qeydə alınıb.

Səttarovun sözlərinə görə, televiziyalarda 800 saatlıq məzmun yayımlanır və Şurada yalnız 6 nəfər çalışır, buna görə bütün proqramları fiziki olaraq monitorinq etmək mümkün deyil.

Prezidentin çıxışından sonra qərar verilib ki, süni intellektdən istifadə olunsun və sistem artıq test mərhələsində səmərəli işləyir.

Gülnar Nazimqızı 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Könül Həmzəyeva saxlanılıb
Cəmiyyət 23:09
Könül Həmzəyeva saxlanılıb
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Cəmiyyət 22:26
Yevlaxda 2 yaşlı uşaq su kanalında boğularaq ölüb
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb
Cəmiyyət 21:46
Bakıda əl enerjisi ilə müalicə apardığı bildirilən əcnəbi saxlanılıb
Ramazanın iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Cəmiyyət 20:29
Ramazanın iyirmi ikinci gününün duası - İmsak və iftar vaxtı
Tiktoker “Şiva” həbs edilib
Cəmiyyət 19:15
Tiktoker “Şiva” həbs edilib
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib
Cəmiyyət 18:04
İnzibati cərimələrin qaytarılması qaydası təsdiqlənib

Azər Qasımlıya 12 il həbs cəzası verilib
Cəmiyyət 16:33
Azər Qasımlıya 12 il həbs cəzası verilib

Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Cəmiyyət 15:56
Keçən il Azərbaycanda vərəmə yoluxan uşaqların sayı açıqlanıb
Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxılıb
Cəmiyyət 15:35
Dubayda xəsarət almış Azərbaycan vətəndaşı bu gün xəstəxanadan buraxılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol