Ana dili müzakirələri öz dilində danışa bilməyən rəhbərlər üçün aparılmalıdır - Rüstəmxanlı
Ana dili ilə bağlı müzakirələr xüsusilə qurumlarda rəhbərlik səviyyəsində aparılmalıdır, çünki bir çox rəhbər ana dilində sərbəst danışa bilmir. Bunu sabiq deputat yazıçı və ictimai xadim Sabir Rüstəmxanlı parlamentdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, ölkədəki qanunların dili də çətin başa düşüləndir. Təhsil haqqında qanunda belə anlayışın çətin olduğu ifadələr mövcuddur. Məhsulların təqdimatı zamanı dilin “emal” kimi istifadə olunması məsələsi də diqqət çəkir.
Rüstəmxanlı vurğulayıb ki, hüquqi və inzibati sənədlərin sadə, anlaşılır dildə hazırlanması ana dilinin qorunması və inkişafı üçün vacibdir.
Gülnar Nazimqızı