UCL mütəxəssisi: Dəyişimin əsas ünvanı məktəb deyil, müəllimdir
Bəzən problem müəllimlərin bir-birinə etibar etməməsi deyil, sadəcə olaraq birlikdə işləmək təcrübələrinin olmamasıdır. Bunu London Universitet Kollecinin (UCL) Təhsil Liderliyi Mərkəzinin eksperti, alim David Godfrey bildirib.
Onun sözlərinə görə, düzgün qurulan mühit əməkdaşlığı gücləndirir, zamanla müəllimlər həm güclü, həm də zəif tərəflərini daha açıq şəkildə paylaşmağa başlayırlar.
David Godfrey vurğulayıb ki, inkişaf prosesində iştirak edən tərəf öz öyrənmə hədəflərini müəyyənləşdirməyə cəlb olunmalıdır. Bu, yeniliklərin onlara “tələb” kimi deyil, “dəstək” kimi çatdırılmasına şərait yaradır. Həmçinin əməkdaşlıq prosesində realist hədəflər müəyyənləşdirilməsi vacibdir. Məsləhət yalnız qarşı tərəf tərəfindən istənildikdə effektiv olur, əks halda məktəblərin fərqli reallıqları səbəbindən yanlış mənzərə yarana bilər.
“Məktəb rəhbərliyi ilə sinifdə dərs deyən müəllim arasında körpü qurmaq vacibdir. Çünki bütün əsas dəyişikliklər məktəbin səviyyəsində deyil, məhz müəllim səviyyəsində baş verir",o bildirib.
Aytac