2026-cı ildən yeni xəstəlik kateqoriyaları sığortaya daxil ediləcək
2026-cı ildən icbari tibbi sığorta çərçivəsində ürək-damar xəstəlikləri, 2028-ci ildən mədə-bağırsaq xəstəlikləri və 2029-cu ildən tənəffüs sistemi xəstəliklərinin ambulator müalicəsi üçün dərman vasitələrinin sığorta ödənişləri təmin olunacaq. Bunu Parlamentdə çıxışı zamanı baş nazir Əli Əsədov bildirib.
O əlavə edib ki, uşaq və yeniyetmələrdə onkoloji xəstəliklərin müalicəsinin sığorta zərfinə daxil edilməsi məqsədilə 2027-ci ildən etibarən layihə hazırlanır.
Gülnar Nazimqızı