Bakıda dələduzluq edən şəxs saxlanılıb
Paytaxtın Xətai rayonunda onlayn alış-veriş zamanı vətəndaşlardan birinin pulu dələduzluq yolu ilə ələ keçirilib.
Müştərilərdən biri zərərçəkənə zəng edərək 1060 manat dəyərində məhsul sifariş verərək onların taksi vasitəsilə göndərilməsini xahiş edib.
O, ödənişi sürücü vasitəsi ilə geri gondərəcəyini bildirib. Lakin məhsul qəbul edildikdən sonra ödəniş olunmayıb və həmin şəxs mobil nömrəsini deaktiv edərək zərərçəkənlə əlaqəni kəsib. Vətəndaş etibarından sui-istifadə olunmaqla maddi vəsaitinin ələ keçirildiyini anlayandan sonra isə bu barədə polisə müraciət edib.
Polis əməkdaşları tərəfindən qeyd edilən əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum edilmiş 31 yaşlı V.Qiyasov müəyyən olunaraq saxlanılıb.
Son xəbərlər
Daha çox