Borclu şəxs qismində axtarışda olan 235 nəfər təhvil verilib - DİN
Dekabrın 9-da ölkə ərazisində qeydə alınan 32, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması təmin edilib. Bu barədə Daxili İşlər Nazirliyindən bildirilib.
Nazirlik bildirir ki, müxtəlif kateqoriyalar üzrə axtarışda olan ümumilikdə 267 nəfər saxlanılaraq aidiyyəti instansiyalara təhvil verilib.
Onların 235-i borclu şəxs qismində axtarışda olub.
Hesabat günündə narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatın aşkar edilməsi üzrə 4 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər polis tərəfindən saxlanılıb.
Gülnar