• $ 1.7
  • € 1.9875
  • ₽ 0.021063
  • ₺ 0.0395
  • £ 2.2958

İran nömrələri ilə uşaqlara yazıb narkotik təklif edildiyi iddia olunur- DİN-dən açıqlama

İran nömrələri ilə uşaqlara yazıb narkotik təklif edildiyi iddia olunur- DİN-dən açıqlama
10.12.2025 16:07

Sosial şəbəkələrdə bir valideyn övladına İran nömrələri vasitəsilə yazılaraq narkotik maddə təklif edildiyini iddia edir. Bu barədə o,  facebook hesabında paylaşım edib.

Valideyn paylaşımında xüsusilə yeniyetmələri belə tələlərə düşməməyə çağırıb.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib ki, sosial şəbəkələrdə narkotik vasitələr təklif edən səhifələr, əsasən, əksər hallarda xarici ölkələrdə yaradılaraq idarə edilir. Həmin şəxslər ölkə daxilində özləri üçün narkokuryerlər tapmaq məqsədilə narkotik vasitələrin onlayn satışını təşkil edirlər.

"Polislər tərəfindən ölkə daxilində narkotik vasitələr satan, narkotacirlərin şəbəkəsinə daxil olan narkokuryerlər müəyyən edilərək məsuliyyətə cəlb edilirlər. Ölkəmizdə xaricdəki narkotacirlərlə iş birliyinə girən şəxslər elə bilməsin ki, saxta profillər açaraq, onlayn yollarla narkotik vasitələrin satışını həyata keçirməklə məsuliyyətdən yayına biləcəklər. DİN-nin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində ölkə daxilində narkokuryerlər və narkotik vasitə satan şəxslərin kimlikləri müəyyən olunaraq onlar barəsində tədbirlər görülür və bundan sonra da qətiyyətli mübarizə tədbirləri davam etdiriləcək",- məlumatda qeyd olunub.

DİN rəsmisi sosial şəbəkə istifadəçilərindən onlayn qaydada narkotik vasitə satışı ilə məşğul olan səhifələrlə rastlaşdıqları təqdirdə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə, eləcə də Daxili İşlər Nazirliyin sosial şəbəkələrdəki rəsmi səhifələrinə müraciət etmələrini xahiş edib.

"Aktiv sosial şəbəkə istifadəçilərindən xaricdən idarə edilməklə onlayn yolla narkotik satışı həyata keçirən səhifələr gördükdə həmin səhifələri şikayət etməklə onların fəaliyyətinin dayandırılmasına köməklik göstərmələrini xahiş edirik",- məlumatda qeyd olunub.

Aytac Zeynalova

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabah Yasamalda qaz olmayacaq
Cəmiyyət 22:30
Sabah Yasamalda qaz olmayacaq
Goranboyda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürüb
Cəmiyyət 21:13
Goranboyda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürüb
UNRWA yaxın həftələrdə Ankarada ofis açacaq
Cəmiyyət 20:51
UNRWA yaxın həftələrdə Ankarada ofis açacaq
Dumana görə sürət həddi yenidən endirilib
Cəmiyyət 19:51
Dumana görə sürət həddi yenidən endirilib
Şahin Bağırovdan yeni təyinat
Cəmiyyət 19:44
Şahin Bağırovdan yeni təyinat
Bakıda telefonu oğurlayıb mobil tətbiqə müdaxilə edən şəxs saxlanılıb
Cəmiyyət 18:19
Bakıda telefonu oğurlayıb mobil tətbiqə müdaxilə edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 17:03
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Xırdalanda avtomobilə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb
Cəmiyyət 17:01
Xırdalanda avtomobilə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb
Bəzi yerlərdə yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Cəmiyyət 16:54
Bəzi yerlərdə yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol