• $
  • £

Bakıda 8 məktəblinin saqqızdan zəhərləndiyi iddia olunur

Bakıda 8 məktəblinin saqqızdan zəhərləndiyi iddia olunur
11.12.2025 13:50

Nəsimi rayonunda yerləşən 14 saylı orta məktəbdən bu gün səhər saatlarında 8 şagirdin səhhətinin kəskin pisləşməsi ilə bağlı Respublika Təcili Tibbi Yardım Mərkəzinə çağırış daxil olub.

Təcili tibbi yardım briqadaları hadisə yerinə cəlb edilib və ümumilikdə 8 nəfər (hamısı kişi cinsli) xəstəxanalara yerləşdirilib. Onlardan 5-i Respublika Pediatriya Mərkəzinin nəzdindəki Ə.F. Qarayev adına Uşaq Klinik Xəstəxanasına, 3-ü isə Nərimanov Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına aparılıb.

Həkimlərin məlumatına görə, bir pasiyentə “yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası”, digər yeddi nəfərə isə “kəskin qastrit” diaqnozu qoyulub.

Şagirdlərin hamısına zəruri tibbi müdaxilə göstərildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıb.

Məktəbdən “Report”un sorğusuna bildirilib ki, hadisə dərs zamanı baş verib və şagirdlərdə ümumi narahatlıq, eləcə də ürəkbulanma əlamətləri müşahidə olunub. İlkin araşdırma nəticəsində məlum olub ki, şagirdlərdən biri dərsə gəlməzdən əvvəl məktəbin yaxınlığındakı marketdən saqqız alaraq sinif yoldaşları ilə bölüşüb. Hazırda ehtimal olunur ki, uşaqlarda narahatlıq həmin saqqızla bağlı olub.

Gülnar 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:27
Sabahın hava proqnozu açıqlanıb
Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək
Cəmiyyət 12:25
Cəbrayılın Horovlu kəndində əmək yarmarkası keçiriləcək
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib
Cəmiyyət 12:14
Yol polisi həftəsonu səfərə çıxan sürücülərə müraciət edib
Xocavəndin Xanoba kəndinə ilk köç karvanı yola salınıb
Cəmiyyət 12:01
Xocavəndin Xanoba kəndinə ilk köç karvanı yola salınıb
Salyanda 4 yaşlı uşaq su quyusuna düşərək ölüb
Cəmiyyət 11:30
Salyanda 4 yaşlı uşaq su quyusuna düşərək ölüb
Bərdədə minik və yük avtomobilləri toqquşub, ölən var
Cəmiyyət 10:58
Bərdədə minik və yük avtomobilləri toqquşub, ölən var
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
Cəmiyyət 10:40
Daha bir yanacaqdoldurma məntəqəsində pozuntu aşkar edildi - Video
WUF13-də təxminən 15 min iştirakçı qeydiyyatdan keçib
Cəmiyyət 09:32
WUF13-də təxminən 15 min iştirakçı qeydiyyatdan keçib
Binəqədidə yaşayış binasında yanğın baş verib
Cəmiyyət 09:09
Binəqədidə yaşayış binasında yanğın baş verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol