• $ 1.7
  • € 1.9857
  • ₽ 0.021172
  • ₺ 0.0395
  • £ 2.2883

"Meydan TV işi" üzrə hazırlıq prosesı keçirilib

"Meydan TV işi" üzrə hazırlıq prosesı keçirilib
12.12.2025 15:35

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə bu gün "Meydan TV işi" üzrə hazırlıq proses keçirilib.

Məhkəmə prosesində təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.  Proses zamanı vəkillər bir sıra vəsatətlər verib. Onlar təqsirləndirilən şəxslərin həbs qətimkan tədbirini ev dustaqlığı ilə əvəz edilməsini, cinayət işinə xitam verilməsini, məhkəmədə jurnalistlər tərəfindən çəkiliş edilməsini məhkəmədən xahiş ediblər.

Həmin vəsatətlər təmin edilməyib. Məhkəmə işini baxışa verilməsi ilə bağlı qərar qəbul edib. Eyni zamanda vəkillər bildirib ki, onlara ittiham aktı təqdim edilsə də iş üzrə elektron maddi sübutlar təqdim edilməyib və məhkəmədən iclası təxirə salmasını xahiş ediblər.  Məhkəmə bu vəsatəti da təmin etməyib.

Məhkəmə yalnız Ramin Cəbrayılzadənin, Natiq Cavadlının 3 saylı İstintaq Təcridxanasından digər təqsirləndirilən şəxslərin saxlandığı 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməsi ilə bağlı vəsatətini təmin edib.

Öz müdafiəçilərinin vəsatətlərini müdafiə edən təqsirləndirilən şəxslər jurnalist fəaliyyətlərinə görə,həbs olunduqlarını bildiriblər.

İş üzrə ilk məhkəmə iclası dekabrın 22-ə təyin edilib.

2024-cü ilin dekabrında "Meydan" TV işi üzrə Ramin Deko (Cəbrayılzadə), Aynur Elgünəş (Qənbərova), Aytac Tapdıq (Əhmədova), Natiq Cavadlı, Xəyalə Ağayeva, Ülvi Tahirov, Aysel Umudova, bu ilin fevralında isə "Arqument.az" saytının baş redaktoru Şəmşad Ağa, daha sonra Fatimə Mövlamlı və Nurlan Qəhrəmanlı (Libre) da sözügedən cinayət işi üzrə həbs olunublar.

Həmçinin 2025-ci ilin martında Ülviyyə Əli (Quliyeva), avqustda isə fotomüxbir Əhməd Muxtar da "Meydan tv" işi ilə bağlı həbs edilib.

Onlara əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. 2025-ci il avqustun 28-də isə ittihamlar ağırlaşdırılaraq qanunsuz sahibkarlıq, vergidən yayınma, sənəd saxtalaşdırma və çirkli pulların yuyulması kimi maddələrlə əvəzlənib. Onlar özlərini təqsirli bilmir.

Tatyana Kryuçkina

Oxşar xəbərlər
Oxşar xəbərlər
Gədəbəydə qəza olub, ölən və yaralanan var
Cəmiyyət 21:55
Gədəbəydə qəza olub, ölən və yaralanan var
Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib
Cəmiyyət 20:50
Sumqayıtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib
Qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!
Cəmiyyət 18:52
Qabiliyyət imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!
Anar Mehdiyevə cinayət işi açıldı- Yarım milyondan çox yeyinti
Cəmiyyət 17:55
Anar Mehdiyevə cinayət işi açıldı- Yarım milyondan çox yeyinti
Ən çox şikayət- Bu internet provayderindən olub
Cəmiyyət 17:33
Ən çox şikayət- Bu internet provayderindən olub
BP dünyada ilk dəfə "Xankəndi" gəmisi ilə Xəzərdəki sualtı quyulara xidmət göstərməyə başlayır
Cəmiyyət 17:12
BP dünyada ilk dəfə "Xankəndi" gəmisi ilə Xəzərdəki sualtı quyulara xidmət göstərməyə başlayır
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
Cəmiyyət 16:45
“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür
Güclü küləklə bağlı xəbərdarlıq edilib
Cəmiyyət 16:33
Güclü küləklə bağlı xəbərdarlıq edilib
Deputat şərəf ordeni ilə təltif olunub - Sərəncam
Cəmiyyət 16:13
Deputat şərəf ordeni ilə təltif olunub - Sərəncam
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol