Naxçıvanda 20-dən çox şəxs dəm qazından zəhərlənib - Yenilənib
Naxçıvanda yas mərasimində dəm qazından zəhərlənən 23 qadın evə buraxılıb.
Bu barədə "Report"a Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili tibbi yardım şöbəsinin həkim-infektsionisti Tahirə Məmmədova deyib.
O qeyd edib ki, xəstələrə ilkin tibbi yardım göstərilib və onlar uzun müddət müşahidə altında saxlanılıb. Müraciət edənlərin hamısı qadın olub. Xəstələrin vəziyyəti stabilləşdikdən sonra evə buraxılıblar.
18:52
Naxçıvanda dəm qazından kütləvi zəhərlənmə olub.Bu barədə "Report" xəbər verir.
Hadisə Babək rayonunun Kültəpə kəndində baş verib.
İlkin məlumata görə,20-dən çox şəxs yas mərasimində dəm qazından zəhərlənib.
Zərərçəkmişlər Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinə yerləşdirilib, müalicələri davam etdirilir.
Son xəbərlər
Daha çox