• $ 1.7
  • € 2.0039
  • ₽ 0.022215
  • ₺ 0.039
  • £ 2.3163

Bakıda "16-cı NATO günləri" keçirilib

Bakıda "16-cı NATO günləri" keçirilib
13.12.2025 09:50

NATO-nun Avropa Ali Müttəfiq Qüvvələr Komandanlığının (SHAPE) Qərargah rəisinin müavini - Tərəfdaşlıq İdarəsinin rəisi kontr-admiral Yusuf Karagüllenin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində Bakıda "16-cı NATO günləri" keçirilib.Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səfərin məqsədi Azərbaycan ilə NATO arasında mövcud əməkdaşlığın inkişaf etdirilməsi, tərəfdaşlıq proqramları üzrə öhdəliklərin icrası və qarşılıqlı təcrübə mübadiləsinin gücləndirilməsi olub.

Səfər çərçivəsində nümayəndə heyəti ilə Müdafiə Nazirliyində, Heydər Əliyev adına Hərbi İnstitutda, eləcə də Quru Qoşunlarının və Hərbi Dəniz Qüvvələrinin tərkibində NATO-nun Əməliyyat İmkanları Konsepsiyası (ƏİK) üzrə bəyan edilmiş bölmələrinin olduğu hərbi hissələrdə görüşlər keçirilib.

Tədbirlərdə qeyd olunub ki, Azərbaycan–NATO əməkdaşlığı çərçivəsində ölkənin beynəlxalq təhlükəsizliyin təminatında fəal iştirak edib. Azərbaycan Ordusunun şəxsi heyətinin sülhməramlı missiyalardakı fəaliyyəti qlobal təhlükəsizliyə dəyərli töhfə kimi qiymətləndirilib. Azərbaycanın NATO-nun "Sülh Naminə Tərəfdaşlıq" proqramında fəal iştirakı, eləcə də ƏİK proqramı çərçivəsində əldə etdiyi nailiyyətlər də diqqətə çatdırılıb.

Görüşlərdə hərbi təhsil və təlim sahəsində əməkdaşlığın əhəmiyyəti vurğulanıb. Azərbaycan zabitlərinin NATO təlimləri və qərargahlarında iştiraklarının onların əməliyyat, idarəetmə və hərbi elmi biliklərinin zənginləşməsində faydalı olduğu qeyd edilib. Nümayəndə heyəti üçün müxtəlif brifinqlər və dəyirmi masa müzakirələri təşkil olunub.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Leyla Əliyeva “Qış nağılı”nın açılışında
Cəmiyyət 23:30
Leyla Əliyeva “Qış nağılı”nın açılışında
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Cəmiyyət 22:38
Biləsuvarın bəzi ərazilərində işıq olmayacaq
Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü
Cəmiyyət 22:15
Yanan sobanın üstünə düşən 84 yaşlı kişi öldü
Masallıda iki avtomobil toqquşub, ölən var
Cəmiyyət 20:29
Masallıda iki avtomobil toqquşub, ölən var
Silahına nəzarət etməyən valideyn məsuliyyətə cəlb eilməlidirmi? - HÜQUQŞÜNAS RƏYİ
Cəmiyyət 18:17
Silahına nəzarət etməyən valideyn məsuliyyətə cəlb eilməlidirmi? - HÜQUQŞÜNAS RƏYİ
Zakir Həsənov iranlı həmkarı ilə görüşüb
Cəmiyyət 18:06
Zakir Həsənov iranlı həmkarı ilə görüşüb
10 günün əsgəri ölüb
Cəmiyyət 17:56
10 günün əsgəri ölüb
Jurnalist Sevda Həsənova beyin əməliyyatına alınıb
Cəmiyyət 17:40
Jurnalist Sevda Həsənova beyin əməliyyatına alınıb
Bakıda 32 və 120 nömrəli marşrutların hərəkət sxemi dəyişdirilir
Cəmiyyət 17:10
Bakıda 32 və 120 nömrəli marşrutların hərəkət sxemi dəyişdirilir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol