Qobustanda yolların buz bağlaması səbəbindən zəncirvari qəza baş verib
Qobustanda yolların buz bağlaması zəncirvari qəzaya səbəb olub.
"Report" xəbər verir ki, hadisə rayonun Gənci ərazisində qeydə alınıb.
Hava şəraiti ilə əlaqədar yol səthinin buz bağlaması nəticəsində bir neçə avtomobil idarəetmədən çıxaraq bir-birinə dəyib.
Hadisə səbəbindən yolda nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşıb. Əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub və hərəkətin bərpası istiqamətində tədbirlər görülür.
Son xəbərlər
Daha çox