Qubada dəm qazından zəhərlənən şəxs ölüb
Qubada bir nəfər dəm qazından zəhərlənərək ölüb. Hadisə rayonun Dağlı kəndində baş verib.
APA-nın məlumatına görə, rayon sakini Vüqar Atayev evinin həyətində yerləşən hamam otağında yuyunarkən dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı araşdırma aparılır.