Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Azərbaycanda istismar müddəti başa çatmış və istifadəyə yararsız döyüş sursatlarının planlı şəkildə məhv edilməsi prosesi 15–19 dekabr tarixlərində həyata keçiriləcək.
Müdafiə Nazirliyinin (MN) məlumatına görə, məhvetmə işləri Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonu ərazisində yerləşən təlim mərkəzində aparılacaq.
MN bildirir ki, proses təhlükəsizlik qaydalarına tam riayət olunmaqla icra ediləcək.
Nazirlik partlayış səsləri ilə bağlı əhalini təşvişə düşməməyə çağıraraq, narahatlığa əsas olmadığını vurğulayıb.