Azərbaycanda bir həftədə 115 yanğın qeydə alınıb
Azərbaycanda ötən həftə ərzində 115 yanğına çıxış və 2 partlayış qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, bu dövrdə ümumilikdə 147 hadisə üzrə qəza-xilasetmə tədbirləri həyata keçirilib.
FHN-in aidiyyəti qurumları tərəfindən 25 köməksiz vəziyyətdə qalma, 5 avtonəqliyyat qəzası və 2 partlayış faktı üzrə əməliyyatlar aparılıb. Təcili tədbirlər nəticəsində yanğınlar operativ söndürülüb, insanların həyatı xilas edilib.
Hesabat dövründə 5-i azyaşlı olmaqla 29 nəfər xilas edilib, 20 nəfər təxliyə olunub, 6 nəfər xəsarət alıb. Qəza-xilasetmə əməliyyatları zamanı 3 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.
Aytac