“Gizir Xanı”ya şəhidlik statusu verilib
Minaya düşərək həlak olan “Gizir Xanı”ya şəhidlik statusu verilib.Bu barədə “Qafqazinfo” məlumat verib.
Sentyabrın 23-ü Ağdamın Mirəşelli kəndi ərazisində minaya düşərək həlak olan Gizir Xanı kimi tanınan Səyyaf Əhmədova mülki şəhid statusu verilib.
Əhmədovun ailəsi və yaxınları məlumatı təsdiqləyib.
Səyyaf Əhmədov uzun müddət Azərbaycan Respublikasının Silahlı Qüvvələri sıralarında xidmət edib,44 günlük Vətən müharibəsində könüllü olaraq döyüşüb.