• $ 1.7
  • € 1.9945
  • ₽ 0.021237
  • ₺ 0.0398
  • £ 2.2709

İran və Rusiya TRIPP-ə qarşı çıxır, millət vəkilləri qaçılmaz olduğunu bildirir

İran və Rusiya TRIPP-ə qarşı çıxır, millət vəkilləri qaçılmaz olduğunu bildirir
16.12.2025 20:31

İran və Rusiya ABŞ-ın təşəbbüsü ilə gündəmə gələn “Tramp marşrutu” (TRIPP – Trump Route for International Peace and Prosperity) layihəsinə qarşı mövqelərini açıq şəkildə ifadə edərkən, Milli Məclisin deputatları Zəngəzur dəhlizinin açılmasının region üçün zəruri olduğunu bildiriblər.

İranın ali dini liderinin müşaviri Əli Əkbər Vəlayəti deyib ki, TRIPP təşəbbüsü mahiyyət etibarilə Zəngəzur dəhlizi layihəsini təkrarlayır və Tehran bu ideyaya “qəti şəkildə” qarşıdır. IRNA agentliyinin məlumatına görə, Vəlayəti bunu Ermənistanın İrandakı səfiri Qriqor Akopyanla görüşdə bildirib.

Onun sözlərinə görə, İran regionda sərhədlərin dəyişdirilməsini qəbuledilməz sayır və layihənin NATO-nun İrandan şimalda mövcudluğuna yol aça biləcəyindən narahatdır.

Bu arada Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə departamentinin direktoru Mixail Kaluqin RIA Novosti-yə bildirib ki, “Tramp yolu” marşrutu əsasən Rusiya sərhədçilərinin məsuliyyət zonasından keçdiyi üçün təşəbbüsün icrası Rusiyanın iştirakı olmadan çətin olacaq.

Kaluqinin sözlərinə görə, Moskva layihənin parametrlərini və Rusiyanın mümkün iştirakını müzakirə etməyə hazırdır, lakin təşəbbüsün detalları hələ öyrənilməlidir.

Milli Məclisin Xarici əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın apardığı siyasətin regionda yeni reallıq formalaşdırdığını bildirib. O qeyd edib ki, ABŞ-da keçirilən görüşlər bu baxımdan tarixi əhəmiyyət daşıyır və regionun siyasi və iqtisadi xəritəsini dəyişir.

“Müxtəlif şübhələrə baxmayaraq, Azərbaycanın siyasəti bu yeni reallığın əsasını təşkil edir və onu dəyişmək mümkün deyil,” – Seyidov vurğulayıb.

Deputat Siyavuş Novruzov isə Zəngəzur dəhlizinin açılmasına maneə yaratmaq cəhdlərinin uğursuz olacağını bildirib. Onun sözlərinə görə, dəhliz təhlükə mənbəyi deyil və bu məsələdə beynəlxalq zəmanətlər mövcuddur.

“TRIPP çərçivəsində də təhlükəsizlik təminatları verilir. İran və Rusiya Azərbaycanın daxili işlərinə müdaxilə edə bilməz,” – Novruzov deyib.

Milli Məclisin deputatı Elçin Mirzəbəyli bildirib ki, İran və Rusiya fəaliyyətlərini müxtəlif istiqamətlərdə koordinasiya edir və bu, regionda baş verən proseslərdə aydın şəkildə görünür.

Onun sözlərinə görə, hər iki ölkə Qarabağ məsələsində olduğu kimi, hazırda da eyni mövqedən çıxış edir.

Mirzəbəyli qeyd edib ki, İran rəsmilərinin TRIPP təşəbbüsünə qarşı səsləndirdiyi bəyanatlar Rusiya ilə uzlaşdırılıb.

“Nə Rusiya, nə də İran müharibəyə qədər mövcud olan reallıqların dəyişməsini istəmir. Hər iki ölkə bölgəyə iddialar prizmasından yanaşır. Zəngəzur dəhlizinin reallaşması isə zamanın tələbidir və burada hansısa ölkənin mövqeyi həlledici deyil,” – deputat bildirib.

Deputat Elşad Musayev isə deyib ki, İran və Rusiya dəhlizin açılmasının qarşısını almaq üçün mövqelərini qoruyub saxlayır.

" ABŞ-ın prosesə qoşulmasından sonra bu ölkələr açıq ritorikanı azaltsalar da, əsas yanaşma dəyişməyib. Mane olmağa çalışırlar, amma bu prosesin qarşısını ala bilməyəcəklər,” – Musayev vurğulayıb.

TRIPP təşəbbüsü ABŞ-ın vasitəçiliyi ilə regionda nəqliyyat-kommunikasiya əlaqələrinin bərpasını və Zəngəzur istiqamətində yeni marşrutların açılmasını nəzərdə tutur.

Layihə Cənubi Qafqazda iqtisadi inteqrasiya və uzunmüddətli sabitliyin gücləndirilməsi məqsədi daşıyır.

Gülnar Nazimqızı

Oxşar xəbərlər
Oxşar xəbərlər
İran və Rusiya TRIPP-ə qarşı çıxır, millət vəkilləri qaçılmaz olduğunu bildirir
Cəmiyyət 20:31
İran və Rusiya TRIPP-ə qarşı çıxır, millət vəkilləri qaçılmaz olduğunu bildirir
Göygöldə küçədən kişi meyiti tapılıb
Cəmiyyət 20:06
Göygöldə küçədən kişi meyiti tapılıb
Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub
Cəmiyyət 20:05
Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub
Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
Cəmiyyət 20:00
Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb
Sabah bu ərazidə qaz kəsiləcək
Cəmiyyət 18:39
Sabah bu ərazidə qaz kəsiləcək
Laçın-Şuşa yolunda yük maşını aşıb
Cəmiyyət 18:30
Laçın-Şuşa yolunda yük maşını aşıb
Ağalıda növbəti əmək yarmarkası keçirilib
Cəmiyyət 18:04
Ağalıda növbəti əmək yarmarkası keçirilib
Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanılıb
Cəmiyyət 18:00
Sosial şəbəkədə saxta işə qəbul elanları paylaşan şəxs saxlanılıb
Bakı–Bratislava–Bakı marşrutu üzrə uçuşlara gələn ildən başlanılacaq
Cəmiyyət 17:33
Bakı–Bratislava–Bakı marşrutu üzrə uçuşlara gələn ildən başlanılacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol