• $ 1.7
  • € 1.9875
  • ₽ 0.021063
  • ₺ 0.0395
  • £ 2.2958

Polis Akademiyası 525 kursant qəbulu elan edib

Polis Akademiyası 525 kursant qəbulu elan edib
17.12.2025 10:19

Daxili İşlər Nazirliyi Polis Akademiyasına əyani təhsil üzrə qəbul üçün müsabiqə elan edib.

Nazirliyin məlumatına görə, III qrupdan “Hüquqşünaslıq” ixtisası üzrə 500, I qrupdan “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə isə 25 kursant qəbul olunacaq.

Müsabiqədə Azərbaycan dilini sərbəst bilən, boyu 165 sm-dən az olmayan, yaşı 16–18 arasında olan, 11-ci sinif şagirdləri və ya tam orta təhsilli, hərbi xidmətə yararlı Azərbaycan vətəndaşları iştirak edə bilərlər. Sənədlərin qəbulu namizədlərin daimi yaşadığı yer üzrə polis orqanlarında aparılır və 2026-cı il fevralın 22-dək davam edəcək.

Qəbul imtahanları Azərbaycan və rus dillərində keçiriləcək. Təhsil müddəti 4 ildir. Kursantlar dövlət hesabına yataqxana, xüsusi geyim forması, təqaüd və yeməklə təmin olunacaqlar. Məzunlara polis leytenantı xüsusi rütbəsi verilərək daxili işlər orqanlarında xidmətə təyin ediləcəklər.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakıda yaşayış binasında yanğın başlayıb
Cəmiyyət 00:44
Bakıda yaşayış binasında yanğın başlayıb
Sabah Yasamalda qaz olmayacaq
Cəmiyyət 22:30
Sabah Yasamalda qaz olmayacaq
Goranboyda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürüb
Cəmiyyət 21:13
Goranboyda avtomobil 79 yaşlı piyadanı vuraraq öldürüb
UNRWA yaxın həftələrdə Ankarada ofis açacaq
Cəmiyyət 20:51
UNRWA yaxın həftələrdə Ankarada ofis açacaq
Dumana görə sürət həddi yenidən endirilib
Cəmiyyət 19:51
Dumana görə sürət həddi yenidən endirilib
Şahin Bağırovdan yeni təyinat
Cəmiyyət 19:44
Şahin Bağırovdan yeni təyinat
Bakıda telefonu oğurlayıb mobil tətbiqə müdaxilə edən şəxs saxlanılıb
Cəmiyyət 18:19
Bakıda telefonu oğurlayıb mobil tətbiqə müdaxilə edən şəxs saxlanılıb
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Cəmiyyət 17:03
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Xırdalanda avtomobilə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb
Cəmiyyət 17:01
Xırdalanda avtomobilə qəsdən 11 min manatlıq ziyan vuran şəxs saxlanılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol